Ən çox baxılan

Zaur Cahangirov

Ünsiyyətin sirləri

Orxan Mahmudov

Emosional Zəka
t1.jpg
Baxış
Psixologiya

Nuranə Salmanlı

Özgüvən uğura aparırmı?
t1.jpg
Baxış
Xarici dil

Şahin Məmmədzadə

Excel Dərsliklərı
t1.jpg
Baxış
Karyera
t1.jpg
Baxış
Karyera

Orxan Mahmudov

Şəxsi brendinq
t1.jpg
Baxış
Karyera

28 Kurslar 28göstərilir

Aydan

Google My Business

Rəqəmsal Marketinq kursuna başlamaq üçün ilk addım. SMM mütəxəssisləri üçün əlavə qazanc mənbəyi. Sahibkarlar artıq rahatlıqla öz məkanlarını təsdiqlədə bilərlər

Şahin Məmmədzadə

Excel Dərsliklərı

Təqdim etdiyimiz kursu əldə etməklə siz, kiçik mütəxəssis və mütəxəssis vəzifəsində çalışmaq üçün lazımi bilikləri əldə etmiş olacaqsız. Kursu tamamladıqdan sonra siz Excelin alətləri ilə tanış olub, onları nə üçün və necə daha effektiv istifadə etməyin yollarını öyrənəcəksiz. Həmçinin siz başlanğıc səviyyə üzrə tələb olunan düsturları və onların tətbiq sahəsini mənimsəyəcəksiniz. Burada siz verilənlərlə necə işləməyi, onları sizə lazım olan şəkildə emal etməyi və vizuallaşdırmaqla bağlı biliklər əldə edəcəksiniz. Hazırladığınız sənədləri iş yoldaşlarınız və ya biznes tərəfdaşlarınız / müştərilərlə təhlükəsiz şəkildə paylaşmağın yollarını öyrənməklə risklərinizi azaltmış olacaqsınız.

Sərvər Rüstəmov

Uğurlu kariyera üçün düzgün ixtisas seçimi

- düzgün olmayan ixtisas seçimi - itirəcəkləriniz - düzgün ixtisas seçimi faydaları - ixtisas seçimi necə edilməli - Nəticə

Emiliya Çodarlı

Şüuraltını uğura kodlamanın yolları

Bu kursda, düşüncə və davranışlarınızı düzgün yönləndirmə, şüuraltınızı uğura kodlamağı öyrənəcəksiz. Ən uğurlu insanların indiyə qədər gizli tutduğu bəzi sirrləri sizlərlə bölüşəcəm. Artıq kursun sonunda uğura ilk addımı atmış olacaqsız

Zaur Cahangirov

Müəllimlərin ünsiyyət bacarıqları

Müəllim- şagird- direktor- valideyn dördbucağında müəllimin ünsiyyət bacarıqları çox önəmlidir. Kurs müəllimlərə digər subyektlərlə anlaşa bilməsi üçün müxtəlif texnika və taktikaları, nəzəri və praktiki bilgiləri təqdim edir. Həmçinin kursumuz müəllimlərin baxış bucağının inkişaf etdirilməsi və bunun şagirdlərə sirayət etdirilməsinə xidmət edir.

Nigar Nurullayeva

Zehnin gücü ilə potensialını kəşf et

Beyinin limitsiz imkanları ilə həyatınızda dönüşüm nöqtəsi yarada bilərik? Zehnin gücü və diqqətin mərkəzləşdirilməsi qaydaları. Pozitiv inanclarla yeni vərdişlər qazanmağın yolları. Həyat keyfiyyətimizi yüksəldən holistik yanaşma və kvant nəzəriyyəsində seçici pozisiyası Yazı texnikasının önəmi nədir və tətbiqi üsulları necədir bütün bunlar barədə kurs daxilində daha ətraflı məlumatlar əldə edərək zehnin gücü ilə potensialınızı kəşf edə bilərsiniz.

Maral Əliyeva

Fərqindəliklə kariyerandakı uğursuzluqlardan azad ol

Bu kurs vasitəsiylə hər biriniz daxilinizə səyahət edərək,bu günə kimi həyatınızı hansı inanc proqramı üzərində yaratdığınızı görəcəksiniz.Beləliklə özgüvənsizliyinizin,kariyeranızdakı uğursuzluqların,hədəflərinizə doğru gedən yolda yaranan əngəllərin hansı travmalarınızdan,düşüncə tərzinizdən qaynaqlandığını rahatlıqla aşkar edib onlardan azad ola biləcəksiniz.Çünki fərqində olduğumuz hər bir inanc öz gücün itirərək,zamanla yox olmağa başlayır.

Tural Xəlilov

Biznesdə satış strategiyasının inkişafı

Kariyerasını satış üzərindən quranlar bilməlidirki, satış oxuyaraq öyrənəcəyiniz, təkmilləşəcəyiniz bir sahə deyil. Bunun üçün çalışmalısınız ki təcrübəniz formalaşsın siz bu sahədə uğur qazanasınız. Həmçinin sizin pul qazanmaq kariyera istəyiniz həddən çox olmalıdır. Bu sahə səbirli olmağı tələb edən bir sahədir. Xırda görünən amma bizi demotive edən səbəblər hədsiz çox olur. Onu nəzərə alınki bu işi sevdiyiniz zaman artıq onları görməzdən gəlmək sizə rahat olacaqdır.

Nuranə Salmanlı

Özgüvən uğura aparırmı?

Şüuraltımızı necə dəyişəkki uğurlu olaq? Dəyərlər- Mən niyə bacarıqsızam? Fərqindəlik nədir? Məqsəd təyin etmək- 5 il sonrakı mən Uğur qazanmağın yolları - Vizualiyasiya

Zaur Cahangirov

Konfliktlərin idarə olunması

Münaqişəsiz bir həyat yaşamaq mümkün olmadığından, qarşı tərəfə zərər vermədən və zərər görmədən onu idarə edə bilmək ən kritik həyat bacarıqlarından biridir. "Konfliktlərin İdarə Edilməsi" videokursunda işimizdə və sosial həyatımızda qarşılaşdığımız mümkün münaqişələrə, onların yaranma səbəblərinə və həll yollarına toxunduq. Münaqişələrin İdarə Edilməsi zamanı emosiyaların, psixoloji reaksiyaların effektiv idarə edilməsi, təcrübə və nümunə araşdırmalarını sizinlə paylaşırıq. Proaktiv yanaşmanı öyrənərək bütün həyatınızı asanlaşdırmaq və daha məhsuldar keçirmək üçün Videokursu izləməyə tələsin!

Mail Yaqublu

İnsan nə istəyir?

Həm maddi, həm mənəvi, həm şəxsi olmaqla bir çox istəklərimiz vardır. Uğurlu karyera qurmaq, biznesimizi böyütmək, daha çox qazanc əldə etmək, sağlam olmaq, xoşbəxt həyat yaşamaq və s. Hər birimizin düşüncəsində müəyyən həyat standartları müəyyən olunub. Ancaq həqiqətən istədiyimiz bunlardırmı? Bunlar üçüncü mübarizə aparırıq? Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun təqdimatında insan fəlsəfəsini öyrənməyə başlayın. Bu kurs vasitəsilə məsələyə daha geniş çərçivədən baxaraq həqiqətən nə istədiyinizi müəyyən edə və ziddiyyətli vəziyyətlərdə doğru qərarı verə biləcəksiniz. Kursu indi alın və "İnsan nə istəyir?" sualının cavabını öyrənin, öz həyatınıza tətbiq edin.

Şəfiqə Xalıqova

Etika qaydaları

Cəmiyyətdə daim müxtəlif məkanlarda müxtəlif insanların əhatəsində oluruq. Bizim davranışlarımız, tərzimiz qarşı tərəfdə ilkin fikir formalaşdırır. Qarşı tərəfdə müsbət fikir yaratmaq üçün davranışlarımıza, o cümlədən etika qaydalarına diqqət etməliyik. Etika qaydalarına əməl etməklə cəmiyyətdə yüksək qiymətləndirilən bir fərd oluruq. Bu kursda siz etika qaydalarını, süfrə mədəniyyətini, işgüzar etikanı, ictimai nəqaliyyatda etika qaydalarını və s. öyrənəcəksiniz. Etika qaydaları kursunu indi alın və öyrənməyə başlayın.

Vəsilə İbadlı

IELTS Listening & Reading

IELTS Reading: Müasir dövrümüzdə xaricdə təhsil almaq, işləmək, uğurlu karyera qurmaq üçün IELTS imtahanın sertifikatı mühüm rol oynayır. Bildiyimiz kimi IELTS imtahanının 4 mərhələsindən biri də "Reading" mərhələsidir. "Reading" mərhələsindən uğurla keçmək istəyən hər bir imtahan iştirakçısını kursumuza qoşulmağa dəvət edirik. Bu kursumuzda "Reading" mərhələsi haqqında geniş məlumat sahibi olacaqsınız. İmtahanda vaxtın idarə edilməsi, sürətli oxu texnikaları haqqında məlumat əldə edəcək, nümunələr üzərində işləməyi öyrənəcəksiniz. IELTS Listening: Xaricdə təhsil almaq, işləmək və ya təlimlərdə iştirak etmək üçün IELTS (Beynəlxalq İngilis Dili Test Sistemi) imtahanının sertifikatı tələb olunur. IELTS Listening imtahanının keçirilməsi strukturunu, imtahanın neçə hissədən ibarət olmasını və həmin hissələrdə nələrə diqqət yetirməli olduğumuzu “IELTS Listening” kursumuzda öyrənəcəksiniz. Dinləmə, danışma, yazma, oxuma bacarıqlarınızı inkişaf etdirərək imtahandan yüksək bal toplayacağınıza tam zəmanət veririk. Kursu indi alın və imtahanda istədiyiniz nəticəni əldə etmək üçün ilk addımı atın.

Şahin Məmmədzadə

Peşəkar Excel Kursu

İşə qəbul prosesində MS Excel kimi rəqəmsal bacarıqlar ən çox tələb olunan və ən lazımlı bacarıqlar siyahısına daxildir. Rəqəmsal bacarıqlar tələb edən peşələrdə isə digərlərinə nisbətən 13% daha çox qazanc vardır. Bəs siz MS Excel proqramı biliklərinizi artıraraq daha yaxşı işlərdə çalışmaq və iş effektivliyinizi artırmaq istəyirsiniz? Bu kurs vasitəsilə siz MS Excel proqramında təməl və orta səviyyəli biliklərə yiyələnəcəksiniz. Kurs yeni başlayanlar və MS Excel biliklərini yeniləmək və artırmaq istəyənlər üçün idealdır. Video dərslərdə siz MS Excel proqramında yeni fayl yaratmaqdan başlamış SUM, İF, AVERAGE, VLOOKUP və s. kimi ən lazımlı təməl funksiyaları, MS Excel sənədində asanlıqla işləməyi, Pivot cədvəllər və qrafiklərlə işləməyi, məlumatlarla işləməyi öyrənəcəksiniz. Əgər siz də MS Excel biliklərinizi növbəti mərhələyə yüksəltmək istəyirsinizsə, elə indi kursu alın.

Vüsalə Əmiraslanova

Sevgi və sevgiyə bənzər münasibətlər

Sevgi insanın sahib ola biləcəyi ən böyük, ən gözəl nemətdir. Çünki xoşbəxtliyin sirri sevgidə gizlənib. Xoşbəxt olmaq da insanın yaradılış fitrətinə uyğun olaraq həyatda tək istəyəcəyi şeydir. Ancaq bəzi hallarda sevgini tam olaraq anlaya bilmirik. Sevgiyə bənzər münasibətlər bizi aldadır. Kursu indi alaraq sevginin formaları və sevgiyə bənzər münasibətlər haqqında daha ətraflı məlumat əldə edin. Sonda sevgi testi ilə sevgi tortunuzda kimin daha çox paya sahib olduğunu müəyyən edin.

Vəsilə İbadlı

IELTS Listening

Xaricdə təhsil almaq, işləmək və ya təlimlərdə iştirak etmək üçün IELTS (Beynəlxalq İngilis Dili Test Sistemi) imtahanının sertifikatı tələb olunur. IELTS Listening imtahanının keçirilməsi strukturunu, imtahanın neçə hissədən ibarət olmasını və həmin hissələrdə nələrə diqqət yetirməli olduğumuzu “IELTS Listening” kursumuzda öyrənəcəksiniz. Dinləmə, danışma, yazma, oxuma bacarıqlarınızı inkişaf etdirərək imtahandan yüksək bal toplayacağınıza tam zəmanət veririk. Kursu indi alın və imtahanda istədiyiniz nəticəni əldə etmək üçün ilk addımı atın.

Vəsilə İbadlı

IELTS Reading

Müasir dövrümüzdə xaricdə təhsil almaq, işləmək, uğurlu karyera qurmaq üçün İELTS imtahanın sertifikatı mühüm rol oynayır. Bildiyimiz kimi İELTS imtahanının 4 mərhələsindən biri də "Reading" mərhələsidir. "Reading" mərhələsindən uğurla keçmək istəyən hər bir imtahan iştirakçısını kursumuza qoşulmağa dəvət edirik. Bu kursumuzda "Reading" mərhələsi haqqında geniş məlumat sahibi olacaqsınız. İmtahanda vaxtın idarə edilməsi, sürətli oxu texnikaları haqqında məlumat əldə edəcək, nümunələr üzərində işləməyi öyrənəcəksiniz. Kursu indi alın və hədəflərinizə daha da yaxınlaşın.

Şəfiqə Xalıqova

Peşəkar CV və rezüme hazırlanması

Daha yaxşı işlərdə çalışmaq, daha çox qazanc əldə etmək hər birimizin istəyidir. Yeni bir işdə çalışmağa başlamaq üçün keçməli olduğumuz bir neçə mərhələ vardır. İlk mərhələ həmin iş yerinə müraciət etməkdir. Bir çox namizədlər elə ilk mərhələni keçə bilmir. Səbəb isə CV və ya rezümelərini kifayət qədər yaxşı yazmamalarıdır. Bu kursda siz düzgün CV necə yazılır, insan resursları mütəxəssisləri CV və rezümedə əsas nələrə diqqət edir, CV və rezüme hazırlayarkən nələrə diqqət etmək lazımdır, ən çox yol verilən səhvlər nələrdir və s. bilikləri əldə edərək öz hazırladığınız CV və rezümelərlə insan resursları mütəxəssislərinin diqqətini asanlıqla çəkə biləcəksiniz. Elə isə kursu indi alın və öz CV-nizi hazırlayın.

Mirşahin Əlizadə

Effektiv ünsiyyət

Sosial bir varlıq olduğumuz üçün daim başqa insanlarla ünsiyyətdə oluruq. Effektiv şəkildə ünsiyyət qura bilmək həm karyera və ya biznesimizin inkişafına, həm də şəxsi münasibətlərimizin möhkəmlənməsinə səbəb olur. Əgər siz də tanıdığınız və hətta tanımadığınız şəxslərlə belə necə effektiv şəkildə ünsiyyət qurmağı, qarşınızdakı şəxsin davranış və dil qəlibləri, xarakter tipi və qavrama modelinə uyğun ünsiyyət qurmaqla necə inandırmağı öyrənmək istəyirsinizsə, NLP master Mirşahin Əlizadənin “Effektiv ünsiyyət” kursunu elə indi alın.

Mirşahin Əlizadə

Vaxtın idarə olunması

Gün ərzində o qədər təcili görməli olduğumu işlərimiz, boşa keçirdiyimiz saatlarımız, qeyri-produktiv keçirdiyimiz vaxtlarımız olur ki, əsas işlərimizə, özümüzə kifayət qədər vaxt ayıra bilmirik və bu da bizdə ruh düşkünlüyü yaradır. Unutmayaq ki, hər kəsin 1 gündə sadəcə 24 saat vaxtı olur. Uğurlu və uğursuz insanları bir-birindən ayıran fərqlərdən biri bu 24 saatda nə etdikləridir. Əgər siz də vaxtınızı daha yaxşı şəkildə dəyərləndirmək, zaman oğrularından xilas olmaq, ertələmə xəstəliyindən azad olmaq və nəticədə öz zamanınızı effektiv şəkildə dəyərləndirərək uğurlu insanların sırasına daxil olmaq istəyirsinizsə, bu kursu elə indi alın.

Mirşahin Əlizadə

Beyindən beyinə satış | Neyromarketinq

Artıq klassik marketinq taktikaları demək olar hamı tərəfindən bilinir və əvvəlki qədər effektiv deyil. Müasir dövrdə məhsulla yanaşı, bu məhsulun bəxş etdiyi duyğuları satmalısınız. Bu kursda neyromarketinq nədir, beyin necə işləyir, duyğuları necə satmaq olar, insanın təmsil sistemləri və qavrama modelləri kimi biliklər əldə edərək beyinlərə satış edə biləcəksiniz. Kursu indi alın və satışlarınızı artırın.

Zaur Cahangirov

Liderlik

Liderlik anlayışı Liderin xarakteri Nümunələ Lider doğulur yoxsa olunur? Proses qanunu 4 bucaq liderlik modeli Pozitiv liderlik Helikopter texnikası Sosial bacarıqlar

Zaur Cahangirov

Ünsiyyətin sirləri

Həm iş, həm şəxsi həyatımızda daim ünsiyyətdə oluruq. Doğru formada ünsiyyət qurmaq bizi bir addım daha irəli aparır. “Ünsiyyətin sirləri” kursunda siz əsas ünsiyyət ünsürlərini, ünsiyyət baryerlərinin və onları necə aşacağınızı öyrənəcəksiniz. Həmçinin 3A modeli, sendviç texnikası kimi metodlarla daha effektiv ünsiyyət qurmağı bacaracaqsınız. Sonda ünsiyyət barəsində qısa hekayə ilə öyrənmə prosesisiniz daha yaddaqalan olacaq. Kursu indi alın və ünsiyyət bacarığınızı təkmilləşdirin.

Zaur Cahangirov

Natiqlik və Təqdimat bacarıqları

Həm iş , həm tələbə həyatında effektiv təqdimat və çıxış hər bir şəxs üçün önəmlidir. “Natiqlik və təqdimat bacarıqları” kursunda Natiqlik haqqında anlayışları, Hekayələşməni, Həyəcanın idarəolunmasını öyrənəcəksiniz. Bədən dili və imicdən istifadəni inkişaf etdirəcəksiniz. Kursu indi alın: ” Şair doğulur, natiq olunur.”

Orxan Mahmudov

Karyerada individual inkişaf

Hər birimizin gələcəklə bağlı planları, qayğıları, məqsədləri var. Karyera həyatımızın uğurlu olması bizim bu gün atdığımız addımlardan da asılıdır. Öz daxili mentorumuzu müəyyən edib karyera inkişafımıza müsbət təsir edəcək metodları “Karyerada individual inkişaf” kursumuzda öyrənəcəksiniz. Müxtəlif metodlar və texnikalarla karyera inkişafınıza mane olan bütün amilləri aradan qaldıracaq və uğurlu karyeraya sahib olacaqsınız. Müasir dövr üçün lazım olan 10 əsas bacarığa yiyələnərək karyerada individual inkişafınızı təmin edə biləcəksiniz. Kursu indi alıın və uğurlu karyeraya gedən yolda ilk addımı atın.

Orxan Mahmudov

Şəxsi brendinq

Müasir dövrdə öz sahənizin peşəkarı kimi tanınmaq, karyera inkişafınızı sürətləndirmək və əlaqələrinizi genişləndirmək üçün ən yaxşı alətlərdən biri şəxsi brendinqdir. Şəxsi brendinqiniz üzərində çalışaraq karyera və biznes hədəflərinizə daha tez nail ola bilərsiniz. Bu kursda siz şəxsi brendinqinizi necə yaradacağınızı və planlayacağınızı öyrənəcəksiniz. Kursu indi alın və öz şəxsi brendiqinizi formalaşdıraraq daha böyük uğurlara imza atın.

Orxan Mahmudov

Peşəkar iş həyatına hazırlıq

Gələcəkdəki uğurlu karyeramız bizim bu gün öz inkişafımız üçün nələr etdiyimizdən asılıdır. İş dünyası sadəcə bilik və bacarıqlardan ibarət deyil, uğurlu karyera üçün psixoloji hazırlıq da lazımdır. “Peşəkar karyera həyatına hazırlıq” kursunda yeni iş yerinə adaptasiya, peşəkar əməkdaş profilinin yaradılması, iş həyatında tez-tez baş verən problemlərin həll yolları, uğurlu karyera üçün taktikaları öyrənib tətbiq edərək əmək bazarında öz dəyərinizi yüksəldə bilərsiniz. Kursu indi alın və uğurlu karyera həyatına hazırlaşmağa başlayın.

Orxan Mahmudov

Emosional Zəka

Emosional Zəka kursu

3.png

Əmin deyilsiniz?


Hər kurs 30 günlük pul geri zəmanəti ilə alın