Təfərrüatlar

İşə qəbul prosesində MS Excel kimi rəqəmsal bacarıqlar ən çox tələb olunan və ən lazımlı bacarıqlar siyahısına daxildir. Rəqəmsal bacarıqlar tələb edən peşələrdə isə digərlərinə nisbətən 13% daha çox qazanc vardır. Bəs siz MS Excel proqramı biliklərinizi artıraraq daha yaxşı işlərdə çalışmaq və iş effektivliyinizi artırmaq istəyirsiniz? Bu kurs vasitəsilə siz MS Excel proqramında təməl və orta səviyyəli biliklərə yiyələnəcəksiniz. Kurs yeni başlayanlar və MS Excel biliklərini yeniləmək və artırmaq istəyənlər üçün idealdır. Video dərslərdə siz MS Excel proqramında yeni fayl yaratmaqdan başlamış SUM, İF, AVERAGE, VLOOKUP və s. kimi ən lazımlı təməl funksiyaları, MS Excel sənədində asanlıqla işləməyi, Pivot cədvəllər və qrafiklərlə işləməyi, məlumatlarla işləməyi öyrənəcəksiniz. Əgər siz də MS Excel biliklərinizi növbəti mərhələyə yüksəltmək istəyirsinizsə, elə indi kursu alın.

Dərsdə nə öyrənəcəksiniz?

  • Yeni sənədlərin, şablonların yaradılması, saxlanılması, alətlər paneli ilə işləmə qaydaları.

  • Məlumatların daxil edilmə yolları, formatı və işlənməsi.

  • Təməl və orta səviyyə excel düsturları.

  • Xanalar, sətirlər və sütunlar üzərində əməliyyatlar.

  • İllustrasiyalar vasitəsilə məlumatların qrafik və diaqramlarla təsvir olunması.

  • Pivot Tables və onlar üzərində əməliyyatların aparılması.

  • Pivot Charts və onlar üzərində əməliyyatlar.

  • Sənədlərin çap edilməsi, görünüşü və qorunması yolları Tələblər:.

Kurs üçün lazımdır

  • MS Excel proqramına yeni başlayanlar

  • MS Excel proqramında müəyyən qədər biliyə sahib, ancaq mövcud biliklərini təzələmək və orta səviyyədə biliklər əldə etmək istəyənlər

  • İşdəki effektivliyini yüksəltmək istəyən işçilər

  • Kurs MS Excel proqramını peşəkar səviyyədə bilənlər üçün nəzərdə tutulmamışdır

Kursun məzmunu


Təlimatçı haqqında

6.png

Şahin Məmmədzadə

MS Excel 2016 Expert səviyyəli təlimçi, data analitik.

Nə düşündüyünüzü bizə bildirin

Oxşar Kurslar

Şahin Məmmədzadə

Peşəkar Excel Kursu

    Kupon endirimi

0

0

    Kursun xüsusiyyətləri

  • Networking Kursu Yoxdur
  • Dil kursu Azərbaycan
  • Canlı Dəstək Var
  • Sertifikat tələbi Var
  • Paylaşın