ss1.png

Hər şey necə olunar? – Emilie Wapnick

Xülasə halındakı səhifələrin sayı: 7 Nə zaman və necə istənilirsə çalışmaq son dərəcə cəsarət vericidir. Vacib olan işin bitmiş olmasıdır. Bu, səhər saat 8:00-dan günortaya, günortadan gecə yarısına qədər bir qəhvə mağazasında və ya mətbəx dəzgahında çalışmaq mənasına gəlir. İş günlərini bir təqvimə uyğunlaşdırmağın lazımlı olduğu düşünüldüyündə bunun axmaqlıq olduğunun fərqinə varmaq olar. Yazar bunun işə yaradığını görməkdə və artıq sorğulamamaqdadır. Əsnək çalışma yerləri arasında olan və ya bir işdən digər bir işə keçib yeni fürsətlərə qapıları açıq saxlayan adamların bacarıqlı olduğunu deyirlər. Əgər iş yerindəki yenidənqurma bir işçini çətin vəziyyətə salırsa, ” Hər şey nece olunar?” kitabı, Emilie Wapnick tərəfindən yazılan, böyüdükləri zaman hələ də nə olacaqlarını və nə etmək istədiklərini bilməyənlər üçün əminlik və həyəcan keçirici strategiyalar təklif edən bir rəhbər əvəzindədir.

  • Paylaşın

Yüksək potensiala maliksən! Bunu qucaqla. “… Yeni şeyləri mənimsəmə və dərk etmə bacarığımız ilə inam qazanırıq. Bu inam daha sonra yaradıcı risklər aldırır və bizi rahatlıq sahəsindən çıxardır…”- Hər şey nece olunar? , səhifə 23 Wapnick yüksək potensialı ” birdən çox şeyə marağı olan, yaradıcı izləyiciliyə sahib” olaraq tərif etməkdədir. Bizim kimi insanları tərif etmək üçün, əlbəttə ki, başqa ifadələr də var- çox bilikli adamlar, ümumiləşdiricilər nümunələrdən bir neçəsidir, əsas fikir yüksək və çoxlu potensiala sahib bir insanın bacarıqlarını birdən çox qayda-qanun üzərində tətbiq etməyə çalışmasıdır. Yüksək və çox potensiala malik bir insan, həyatının sonuna qədər tək bir şey etməkdənsə, yeni həyəcanverici bir sahədə risk almağı seçər. Wapnickə görə, xoşbəxt yüksək potensial həyatın ana üç komponenti vardır. Çoxlu və yüksək potensiala sahib bir insan üçün pul, fürsətləri izləməyə yarayır, digər tərəfdən isə rahat bir həyat yaşamağa yarayır. Pul təəssüf ki lazımdır, amma ən son hədəf deyildir. Çoxlu və yüksək potensiala sahib bir insan üçün ehtiyaclarını düzgün sıralamaq və pulu düzgün yerə qoymaq olduqca vacibdir. Məna. Həyatına nəyin məna qatdığını müəyyənləşdirməyə çalışan çoxlu potensiallar, keçmiş təcrübələrini istifadə etməli və özlərini xoşbəxt edən şeyləri mütləq xaricə büruzə verməlidir. Çoxlu potensiala sahib olaraq özünü nə qədər yaxşı dərk etsən, o qədər xoşbəxt olarsan və karyeran üçün önəmli addımlar atarsan. Çeşidlilik. Çoxlu potensiallar, əsasən, qatı parametrlər daxilində çalışarkən uğursuz olarlar. Əgər sən bir yüksək potensiallısansa, hər gün, hər həftə və hər ay həyatın səni həyacanlandıracaq şəkildə dəyişməsinə ehtiyacın olduğunu bilməlisən. Bu ,əlbəttə ki, bir şeyi uzun müddət ərzində edə bilmərsən, etsən sıxılarsan mənasına gəlmir, ancaq layihələr arasında keçid etməlisən, çox önəmli gördüyün yerlərdə mütləq qalmalısan. İş modelin nədir? “Dörd yanaşmanı istədiyiniz kimi qarışdırın. Bele olmaq həmişə daha yaxşıdır”. – Hər şey nece olunar, səhifə 62 Wapnick kitabında bizi dörd fərqli iş modeli ilə tanış edir. Bu dördü arasından çoxlu potensiala sahib bir insan hamısını mənbə olaraq istifadə edə bilər. Sadəcə, bir dənəsini də. Bütün iş modellərinin hamısı oxucuya konkretlik təklif edər və hansı modelin şərtlərinizə görə sizə ən çox uyğun olduğunu rahatlıqla müəyyən edə bilərsiniz. Bu dörd model aşağıdakı kimidir: Qrupları qucaqlama yanaşması: Birdən artıq şapka taxdığınız bir işiniz ola bilər. Belə bir pozisya tapmaq olduqca çətindir. Bu pozisya ya açıq fikirli bir şirkət daxilində yer alar və ya həqiqətən olduqca dərin və xüsusi bir sahə içərisindədir. Ən böyük iddianız, Wapnickə görə çıxarlarınıza uyğun şəkildə öz işinizi qurmaq ola bilər. Slash yanaşması: Bu yanaşmada arzu və istəkləri doldura bilmək üçün eyni anda birdən çox iş görmək istənilir. Bu iş modelinə sahib ola bilmək üçün bir çox xidmət sahəsi ilə hər hansı bir şirkətə bağlı olmadan işləmək va ya yarı zamanlı işləyərək iki fərqli şirkətin işini görmək uyğun görülür. Einştein yanaşması: Çoxlu potensiala sahib insanlar üçün ən ənənəvi olan bu yanaşmada isə maddi cəhətdən təmin edən tam zamanlı bir iş tapmaq mütləqdir. Digər fürsətləri yalnızca boş zamanlarınızda izləyə bilərsiniz. Əgər maddi istiqrara , ağlı başında olmaqdan daha çox önəm verirsinizsə, onda bu model sizin üçün uyğundur. Phoenix yanaşması: Bir çox ay və ya il ərzində müxtəlif karyeralar arasında keçid etmiş olaraq əgər özünüzü bir karyera və ya bir şirkətə həsr etmə fikrindən xoşunuz gəlirsə, bu model sizə uyğundur. Bu yanaşma öz təqdiriniz daxilində yenidən yaratmağınıza icazə verərkən sizə eyni zamanda bəzi şeyləri sınamadan əvvəl bir sənaye təcrübəsindən yararlanma fürsəti təklif edir. Çoxlu potensiala sahib olaraq nece məhsuldar ola bilərik? “Bir çox şeyi edə bilərik, amma böyük ehtimalla hamısını eyni anda deyil və (bunun üçün oturmaq istəyə bilərsiniz) hər şeyi tamamilə edə bilmərik”.- Hər şey nece olunar?, səhifə 147 İnsan, hansı iş modelinin özü üzərində nece təsir göstərəcəyini bildiyi zaman, necə məhsuldar olunacağını öyrənə bilər. Potensialı yüksək çalışanlar işlərin necə ediləcəyini soruşmaq yerinə, işlərin necə düzgün görüləcəyini soruşmalıdır. Wapnick bəzi fərqli məhsuldarlıq sistemlərini, hər kəsin iş yerində tətbiq edə biləcəyi şəkilə dönüşdürərək təqdim edər, amma bu təqdimat ,əsasən, çoxlu potensial insanlara aiddir. Məhsuldarlıq sistemləri ,əsasən, öncəliklərdən nece sıyrılacağınızdan bəhs edərkən bu zaman digərlərinə meditasiya, zamanlama, gözləntilər və digər müddətlərin ən yaxşı iş görmək şəklində necə birbaşa təsirləri olduğunu da açıqlayır. Xülasə Hər şey necə olunar? kitabını oxuyarkən yazar, öz iş görmə stilini grupları qucaqlama yanaşması modelinə yaxın olduğunu görmüşdür. Layihə daxildə bir çox şeydən cavabdeh olmaq istəyən və hərəkət keçirici olmasından ötrü, bu modeli özünə uyğun görmüşdür. Kitabın başlığına təsiri olan yazar oxucularına düşüncələrini bu şəkildə ötürür: ” Hal -hazırda 25 yaşına girəcək olmağıma rəğmən nə olmaq istədiyimi bilmirəm və bunun üçün hələ zamanım olduğunu düşünürəm. İndilik düşünməyi bir tərəfə buraxacaq və ən azından sıxılana qədər hər şeyi kiçik-kiçik izləməyə davam edəcəm”.

Oxşar Kitablar

1.png

Həyat səni sevir – Louise L. Hay

1.png

Qəzəbin rəqsi – Harriet Lerner

1.png

Bağlı münasibətlər – Haluk Tatar

1.png

Duyğu – Vikas Jhingran

1.png

Məqsədlər – Brian Tracy

1.png

İnsanlar arasında əlaqə - Rüçhan Gökdağ

1.png

Travma və Sağalmaq - Judith Lewis Herman

1.png

Çox Düşünməyi Buraxın

1.png

Kütlələr Pisxologiyası

1.png

Mən Qapıyam

1.png

Diqqət! Bədəniniz Danışır

1.png

Yaddaşına Höküm Elə

1.png

Şema Terapiya

1.png

Əzbərə Yaşayanlar

1.png

İradə Tərbiyyəsi

1.png

Medalyonun İçi

1.png

Tongue Fu-Sözlü Döyüş Sənəti

1.png

Boşboğaz

1.png

İnandırmanın Pisxologiyası

1.png

Z- Bir Qurşağı Anlamaq

1.png

Telomer Təsiri

1.png

Xoşbəxt Olmaq İstəyirsinizsə Kiçik Şeyləri Dərt Etmayin

1.png

Şüurun Sirri

1.png

Emosional Azadlaşmaq

1.png

Obsesyonlarla Başa Çıxmaq

1.png

Biri Bizi İzləyir