12.jpg
Psixologiya

Övladımızın tərbiyəsində hansı ailə modelini seçək?

Böyüyüb boya-başa çatdığımız ev, ailə bizim gələcəkdə necə bir insan ola biləcəyimizi müəyyən edir. Aldığımız tərbiyə daxil olduğumuz kollektivlərlə ünsiyyətdə, aldığımız qərarlarda bizə yön verir. Bəs hansı ailə modelinə uyğun uşağı tərbiyə etsək, uğurlu bir nəticə ala bilərik? Avtoritar - ölkəmizdə, mentalitetimizdə geniş yayılmış bu tərbiyə üsulu, uşaqların özgüvəninə, gələcəyinə, aldığı qərarlara mənfi yöndə təsir edir. Çünki, belə ailə modelində bütün qərarlar valideynlər(əsasən ata) tərəfindən qəbul edilir və uşağa bir şəxsiyyətmiş kimi davranılmır. Bu ailə modelində fiziki, psixoloji şiddət tətbiq edilir. Belə uşaqlar, 60 yaşında olsalar belə, içlərində həmin balaca uşaq gözü yaşlı qalır. Liberal - "Nə istəyirsə alınır, bütün istəkləri yerinə yetirilir" və nəticədə uşaq əlindəki şeylərin dəyərini bilmir və çox eqoist olur. O, "yox " cavabının nə olduğunu anlamır. Yəni, belə ailə modelində idarəçi rol uşaqdadır. Ola bilər ki, bir valideyn liberal olsun, digəri avtoritar, bu zaman uşağın şəxsiyyəti zədələnir. Müxtəlif şəxsiyyət pozuntuları ortaya çıxır. Yəni, uşağı tərbiyə edərkən sözü bir yerə qoymaq lazımdır. Demokratik - ən doğru ailə modelidir.Çünki uşağı tərbiyə edərkən onun şəxsiyyətinə toxunulmur.Onun seçimlərinə hörmət edilir. Uşağı dinləyirlər, eyni zamanda bütün qərarlar ortaq şəkildə alınır. Uşaq və valideyn dostluğu qurulur.Belə uşaqlar özgüvənli olurlar. Fikirlərini azad şəkildə ifadə edə bilirlər.Uşaq sevgi ilə böyüyür. Sevgi ilə böyüyən bir uşaq ətrafına da sevgi saçar. Qoruyucu - Ən çox şahidi olduğum ailə modellərindən biridir. Ailə uşağa qarşı o qədər qoruyucu olur ki, o qədər onu nəzarət altında saxlamağa çalışır ki, nəticə də uşaq gələcək həyatında azad şəkildə öz qərarlarını verə bilmir. Gözləyirlər ki, hər şeyi valideyn etsin. Mükəmməliyyətçi - Valideynlər uşaqdan gözləyirlər ki, hər şeyin ən yaxşısını etsin. Bu da uşaqda natamamlıq hissinin formalaşmasına gətirib çıxarır. (Əsasən psixoloji şiddət)

Övladlarınızın qanadlarını qırmayın.İnsanlar səhvlərlə böyüyür.

İstisnalar hər zaman var.

Öz güc və potensialını aşkara çıxarmaq istəyirsənsə, bu marafon sənin üçündür. Düymə üzərində klik edərək, marafon haqqında məlumat əldə edə bilərsiniz.

  • Paylaşın

Rəylər

Rəy bildirin