12.jpg
Karyera

CV və Resume arasındakı fərq

Müasir dövrdə CV və ya rezüme hazırlamaq işə qəbul prosesində mühüm əhəmiyyətə malikdir. İnsanlar çox vaxt onları fərqləndirməkdə çətinlik çəkirlər.

Bəs CV və rezüme nədir? Nə üçün istifadə olunur? CV və rezüme arasındakı fərq nələrdən ibarətdir? Onlar arasında hansı oxşar cəhətlər mövcuddur?

CV və rezüme nədir, nə üçün istifadə olunur?

“Curriculum Vitae (CV)” latın dilindən tərcümədə həyat kursu, yolu deməkdir. Rezüme isə fransızca xülasə mənasını verir. Hər ikisi işə qəbul olma prosesində təhsil, iş təcrübəsi, bacarıqlar və təqdim olunan yer üzrə başqa lazımlı məlumatları özündə əks etdirən sənədlərdir.

CV və rezüme arasındakı fərq nələrdən ibarətdir?

CV şəxs haqqında bütün akademik məlumatları daha detallı əhatə edir. Ona görə də CV-nin həcmi dəyişkəndir- bir neçə səhifədən ibarət ola bilər. Rezümenin isə uzunluğu qısa olur və təqdim olunduğu iş üçün tələb olunan və şəxsdə mövcud olan spesifik bacarıq və keyfiyyətləri əks etdirir. Adətən bir səhifədən ibarət olur.

Harada CV və harada isə rezümedən istifadə etməliyik?

CV təkcə iş təcrübəsini və təhsilini deyil, həm də mükafatları, fəxri fərmanları, şəxsin əsərlərini, konfrans təqdimatlarını, nailiyyətləri, bacarıqları və s. vurğulamaq üçün istifadə olunur. Bu əlavə kateqoriyalar akademik şəraitə ən uyğun olan bacarıqları vurğulayır, buna görə də CV magistratura proqramları üçün ən əlverişli sənəd formasıdır. O həmçinin magistratura tələbələri və ya elmi dərəcəsini daha da artıran insanlar tərəfindən də istifadə olunur. Digər tərəfdən, CV daha çox iş, təcrübə, könüllülük və dərsdənkənar məşğuliyyətlər kimi məlumatları da əhatə edir. Əsas odur ki, əgər siz bakalavrsınızsa və işəgötürən sizdən CV istəyirsə, bu sizə lazım olan sənəd formasıdır. Bakalavr tələbələri və karyeralarını təzə qurmağa çalışan məzunlardan sənaye, qeyri-kommersiya və dövlət sektorunda işlərə müraciət edərkən bu xüsusiyyətlər tələb olunur.

CV və rezüme üçün oxşar cəhətlər:

• Müraciət edilən xüsusi iş/şirkətə uyğun hazırlanmalıdır. • Sizi ən uyğun namizəd kimi təmsil etməlidir. • Müsahibə mərhələsinə keçmək üçün istifadə olunur. • Şəxsi maraqlar(sizin işlə bağlı tələbləriniz) bu sənədlərə daxil edilmir.

Qeyd: Bəzi ölkələrdə CV termini rezüme ilə eyni mənada işlənir. Bir çox Avropa ölkələrində CV rezüme də daxil olmaqla bütün növ işə qəbul sənədlərinin ümumi adı kimi istifadə olunur. Amma ABŞ və Kanadada bu fərqlənə bilir. Ona görə də işəqəbul üçün müraciət edərkən sizdən hansı növ sənəd tələb olunduğunu aydınlaşdırmağınız vacibdir.

  • Paylaşın

Rəylər

Rəy bildirin